Hərbi

Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Türkiyədə səfərdə olub – Fotolar

Sharing is caring!

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti “Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları” toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə səfər edib.

XəbərAl.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Səfər zamanı nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib, məzarı önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir