Gündəm

Zelenski haqda dediyi sözlərə görə tənqid olundu

Sharing is caring!

Əməkdar incəsənət xadimi Məlahət Abbasova Ukrayna Prezidenti Vladimir Zelenski haqda dediyi sözlərə görə tənqid olunub.

Xəbəral.az xəbər verir ki, aktrisa “show_news” instaqram səhifəsində Zelenski haqda paylaşımın şərhində “Zelenski aktyor, ssenarist və rejissordur. Yumorist siyasətçidir. Siyasət onun işi deyildi. Aktyordan lider olar? Adama deyərlər get aktyorluğunu, rejissorluğunu et. Əlbəttə ki, yalnız qalacaqsan” sözlərini qeyd edib.

Abbasovanın bu sözləri birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri ona “Yazdıqlarınız çox zalımdır, Ukraynada insanlar ölür”, “Məsum insanlar öldürülür”, “Sən də aktrisasan, nə başa düşürsən siyasəti?” və s. cavablar yazıblar. 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir