Gündəm manset

Biznesmen deputatın Palyakovası… Məmmədov biznesini aradan çıxarır

Sharing is caring!

Zaman-zaman adı müxtəlif qalmaqallarda, ikili vətəndaşlıqda, xarici ölkələrdə böyük biznes şəbəkəsinə malik olan şəxslərdən biri kimi tanınan deputat Məşhur Məmmədovla bağlı maraqlı faktlar ortaya çıxmaqdadır.  

XəbərAl.az bildirir ki, biznesmen deputat özünü və biznesini qorumaq üçün müxtəlif aldadıcı planlar üzərində ciddi işlərə başlayıb.

Belə ki, o, guya nəzarətində olan biznesin böyük bir hissəsini aralarında olan narazılıq üzündən qardaşına verib, diğər bir hissəni isə Tamara Polyakova adlı səhmdara satıb. Bununla da onun biznes imperiyası guya ki çöküb.

Ötən gün Məşhur Məmmədovla bağlı yayılan məlumata diqqət edək. Məlumatda qeyd olunur ki, “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin müvafiq olaraq 60%-nə və 40%-nə nəzarət edən Elşad Abbasov və Məşhur Məmmədov (Milli Məclisin üzvü) paylarının bir hissəsini yeni səhmdara satıb. Söhbət Tamara Polyakova adlı səhmdardan gedir. O, BOKT-un səhmlərinin 14%-ni əldə edib, son nəticədə mövcud səhmdarların payı müvafiq olaraq 51%-ə və 35%-ə düşüb.

Əslində nə baş verir?

Yayılan məlumata görə, guya deputat Məşhur Məmmədovla qardaşı arasında problem yaranıb və nəticədə deputat səhmlərinin 40-faizini Elşad Abbasova, 14 faizini isə Tamara xanıma satıb. Elşad Abbasov doğrudanmı deputatın qardaşıdır? O zaman qardaşların soyadları niyə fərqlidir? Məmmədov və Abbasov… 

Yaxud, Elşad Abbasov İnşalla oğlu və Məşhur Məmmədov Şahbaz oğlu… Nə baş verir?

Yaxud Tamara Polyakova… Kimdir bu səhmdar xanım? Adı heç bir biznes sahəsində hallanmayan xanım Palyakova ilə Məşhur Məmmədov haradan tanışdır? Onları başqa hansı ortaq biznes birləşdirir?  Araşdırma tələb edir… 

Bəs, “Progress Construction” şirkəti kimindir? Təsisçi və baş direktoru kimdir?

Wikipediada Məşhur Məmmədov haqqında məlumatlar sırasında qeyd olunur ki, o həm də hazırda fəaliyyətdə olan “Progress Construction” şirkətinin təsisçisidir. Lakin “Progress Construction” şirkərinin rəsmi web saytında (https://progress.com.az) şirkətin adı “Progress communication” MMC, təsisçi və Baş Direktor Məmmədov İsmixan Nəriman oğlu kimi qeyd olunur. Yaxın günlərdə bu barədə daha geniş araşdırma yazısı təqdim edəcəyik. Bunun da ciddi səbəbləri var.

XəbərAl.az bildirir ki, böyük biznes şəbəkəsinə malik Məşhur Məmmədov sudan quru çıxmaq, biznesini xaricə köçürməklə qorumaq üçün ciddi planlar qurub. Onun biznesi əlindən çıxmaq üzrədir və mümkün olan hissəni Ukrayna və digər ölkələrə danımağa çalışır.

Qardaşı ilə münasibətlərinə gəlincə mənbə bildirib ki, uzun illərdir qardaşlar küsülüdür. Onları hazırda heç bir biznes əlaqələri bağlamır, əksinə bir birlərinə münasibətləri olduqca pisdir. (Bizimxeber.az)

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir