Gündəm

Karantin də toy edənlərdən biri kim imiş-Şərurlu İsfəndiyar…

Sharing is caring!

XəbərAl.az xəbər verir ki, keçən günlərdə karantin rejmini pozaraq edilən bir neçə toya görə cərimələr tətbiq olunub Şəhidlərimizin qırx mərasimi bitmədən baş tutan məclislər ölkədə səs-küyə və etiraza səbəb olub. Məlum olub ki, Toy edənlərdən biri Azərbaycanda məşhur olan “Şərur inşaat” tikinti şirkətinin rəhbəri “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun qardaşı İmran Axundovun oğlu Məhəmməd Axundova aid imiş.Naxçıvanda baş tutan toyda iştirak edənlərin cərimələnməsi qeyd olunsa da adlar açıqlanmayıb. Bakupostun əldə etdiyi məlumata görə toy iştirakçıları toyda iştirak etdiklərini etiraf etsələr də videogörüntülərin Məhəmməd Axundovun toy məclisinə aid olmadığını deyiblər. Onlar qeyd edib ki, Axundovların toyu 30 nəfər dost-tanışdan ibarət olub. “Bəy dindar olduğu üçün belə səs-küylü toy etməz”-deyə bildiriblər.
Nəzərinizə çatdıraq ki, İsfəndiyar Axundov bir neçə il öncə oğlunun törətdiyi cinayətlə media gündəmini zəbt etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir