Gündəm

Prezident Rövşən Rzayevə irad tutdu – Video

Sharing is caring!

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər.

“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı dövlət başçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə irad bildirib.

Belə ki, çay kənarına çəkilən istinad divarı Prezidentin diqqətindən qaçmayıb. Bu zaman ölkə başçısı çaya da giriş olmalıdır deyə R.Rzayevə irad tutub.

“Mən baxıram, siz divarı belə bütöv çəkmisiniz, insanlar çaya yaxınlaşa bilmirlər, siz girişlər edin. Siz müxtəlif yerlərdə açın bu divarları ki, belə pilləkən düzəldin, yaxud da belə geniş olsun ki, insanlar çaya yaxınlaşa bilsinlər” – Prezident bildirib.

Həmin anın görüntülərini təqdim edirik:

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir