Gündəm

Şəhidin adına tikilən bulaq niyə dağıdılıb?

Bərdə rayonunda şəhid Məhəmməd İsgəndərovun adına tikilmiş bulağın üzərindəki şəkil sındırılıb və bulaq sökülərək hansısa iş adamına satılıb.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Bərdə İH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən bildirilib ki, yayılan xəbərlər əsassızdır:

“Şəhid baş leytenant Məhəmməd İsgəndərovun adına tikilən bulağa Bərdədə əsən güclü külək nəticəsində ziyan dəyib, üzərindəki şəkil sınıb. Biz hadisə ilə bağlı şəhid ailəsi ilə də görüş keçirib, baş verənləri onlara izah etmişik. Bir neçə gün ərzində bulaq bərpa ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir