Gündəm Manşetüstü

Xətaidə dövlət rəmzinə hörmətsizlik: Binanın üzərində asılmış bayraq cırılıb-FOTOLAR

Sharing is caring!

Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsində yaşayış binasının üzərindən (İkinci kvadrat” adlanan binaların birində-müəll.) asılmış Azərbaycan Respublikasının dövlət bayrağı cırılaraq yararsız hala düşüb.

Bu barədə sakinlər məlumat verib.

“Bu bayraq 44 günlük Vətən müharibəsi dövründə asılmışdı. Kənardan çox gözəl görünürdü. Lakin 2 gündür ki, güclü külək bayrağı cıraraq yararsız hala salıb. Lakin gəlib baxan, durumla maraqlanan yoxdur”-deyə, məlumatda bildirilir.

Qeyd edək ki, bina Dövlət Sərhəd Xidməti Akademiyasının yaxınlığında yerləşir. Əraziyə 97 saylı Mənzl istismar Sahəsi (MİS, “JEK”) nəzarət edir.

Sakinlər durumla bağlı Xətai rayon İcra Hakimiyyətinə müraciət ediləcəyini bildirib.

Cebhe.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.