Dünya

Türkiyə-Gürcüstan matçında insident yaşanıb

Sharing is caring!

Basketbol üzrə Avropa Çempionatında Gürcüstan və Türkiyə komandalarının oyununda insident yaşanıb.

Oxu.Az xəbər verir ki, türkiyəli oyunçu Furkanla Gürcüstan təmsilçisi Sanadze arasında gərginlik yaşanıb.

Bu hadisədən sonra hər iki oyunçu hakim tərəfindən çıxarılıb. Lakin bu zaman matçın vaxtı dayandırılmadığından Türkiyə komandası buna etiraz edib.

Tbilisi Arenada keçirilən matçda gərginlik soyunub-geyinmə otağında da davam edib.

Türkiyə Basketbol Federasiyasının sədr müavini Ömər Onan bildirib ki, əgər Beynəlxalq Basketbol Assosiyası hadisəyə münasibət bildirməzsə Türkiyə turnirdən çəkiləcək.

Qeyd edək ki, oyun 88-83 hesabı ilə Gürcüstan yığmasının xeyrinə başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir