Dünya

Qırmızı kart göstərən hakimi döyüb uçurumdan atdılar – FOTO

Sharing is caring!

Çilidə futbol matçında ağlasığmaz hadisə baş verib.

“Club Real Deportivo 1 de Mayo” və “Club Salvador” arasında baş tutan oyunda qırmızı vərəqə verən hakim oyunçular tərəfindən dəyənəklə döyülüb.

Sakitləşə bilməyən futbolçular döydükləri hakimi əvvəlcə futbol meydançasının yaxınlığındakı dərəyə aparıb, daha sonra uçurumdan aşağı atıblar. Ağır yaralanan referi ətrafdakı insanlar tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə üzə çıxandan sonra futbol ictimaiyyəti də ayağa qalxıb. Futbolsevərlər hakimə qarşı zorakılıq edən şəxslərin ən ağır şəkildə cəzalandırılmasını tələb ediblər.

Mənbə: Daily Star

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir