Dünya

Yaponiyada 100 mindən çox insan təxliyə edilir

Sharing is caring!

Yaponiyada “Hinnamnor” qasırğasının yaxınlaşdığı bildirilib. Bununla əlaqədar hakimiyyət 100 mindən çox insanı təxliyə edir.

Bildirilir ki, ölkənin cənubundakı Okinava prefekturasının İsiqaki şəhərinin 49,6 min sakini, həmçinin Okinavanın Miyakodzima şəhərinin 55,5 minə yaxın sakini təxliyə əmri alıb.

“Hinnamnor” qasırğası avqustun 28-də Sakit Okeanda tropik fırtına kimi formalaşıb. Qasırğanın  daxilində küləyin sürəti saniyədə 60 metrə çatır. Hazırda təbii fəlakət Yaponiyanın cənub adaları yaxınlığından şimala doğru hərəkət edir.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir