Dünya

Türkiyədə uşağa sataşan şəxs linç edildi – VİDEO

Sharing is caring!

Türkiyənin Şanlıurfa şəhərində yerli sakinlər küçədə qız uşağına sataşan şübhəlini linç etmək istəyib.

Hadisə Süleymaniyyə rayonunda baş verib. Naməlum şəxs küçədə oynayan 11 yaşlı qıza 5 lirə verərək sataşmağa cəhd edib. Bu zaman uşaq qışqırıb və onun səsini məhəllə sakinləri eşidib.

Yerli sakinlər qaçmağa cəhd edən şübhəlini yaxalayaraq təpik və şillə ilə döyüblər.

Hadisə yerinə gələn polis qrupları şübhəli şəxsi izdihamın arasından çıxarıb və o, nəzarətə götürülüb. Uşaq və ailəsi də ifadə vermələri üçün polis idarəsinə aparılıb.

Baş verənlər sakinlər tərəfindən mobil telefonla lentə alınıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir