Dünya

Kaliforniya çimərlikləri ölü balıqlarla doldu: İnsanlara xəbərdarlıq edildi – FOTO

Sharing is caring!

ABŞ-ın qərb tərəfində yerləşən Kaliforniya ştatında dalğalar zəhərlənib ölmüş minlərlə balığı sahilə vurub.

Xüsusilə Kaliforniyanın San-Fransisko körfəzində dənizin həddindən artıq çirklənməsi və sudakı oksigen miqdarının azalması nəticəsində çimərliklərdə kütləvi balıq ölümləri müşahidə edilir.

Vətəndaşlara xəbərdarlıq edilərək “insanların və ev heyvanlarının sağlamlığına təsirləri ilə bağlı qeyri-müəyyənliyi nəzərə alaraq” zəhərli yosunların təsirinə məruz qalan ərazilərdə tutulan balıqlar, xüsusilə də qabıqlı dəniz məhsullarının istehlakına qarşı diqqətli olmaları istənilib.

Körfəzin 40 çirkab sutəmizləyici qurğusundan təmizlənmiş çirkab sularının və beş çirklənmiş neft emalı zavodunun tullantıları zəhərli yosunların böyüməsi üçün ideal şərait yaradır. Yosunlar öz növbəsində oksigeni qəbul edərək zəhər yayır.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir