Dünya

Britaniya mülki hava limanlarında döyüş təyyarələri yerləşdirəcək

Sharing is caring!

Britaniya Hərbi Hava Qüvvələri döyüş təyyarələrini mülki regional hava limanlarının ərazisinə yerləşdirəcək.

Məqsəd çevik reaksiya qüvvələrinin bazalarına birbaşa hücumların qarşısının alınmasını təmin etməkdir.

Sentyabr ayında keçiriləcək təlimlər zamanı Norfolk aviabazasında, Linkolnşirdə və Şotlandiyada yerləşən “Eurofighter Typhoons” və “F-35” qırıcılarının yerləşdirilməsi həyata keçiriləcək. Belə ki, qırıcılar kiçik qruplar halında bir sıra regional hava limanlarının ətrafında yerləşdiriləcək.

Hava limanları hərbi təyyarələr üçün əlavə yanacaq ehtiyatı ilə təmin olunacaq.

“Agile Combat Employment” adlanan bu konsepsiya ilkin olaraq əsasən Hind-Sakit okeanı bölgəsi, Yaxın Şərq və NATO-nun Avropadakı şərq cinahı kimi potensial “qaynar nöqtələr” üçün nəzərdə tutulub. Lakin “NATO-nun iştirak edə biləcəyi mümkün müharibə ilə bağlı narahatlıqlar” səbəbindən konsepsiya Böyük Britaniyanı da əhatə etməyə başlayıb.

Qeyd edilir ki, mülki aerodromlardan hərbi məqsədlər üçün istifadə İkinci Dünya müharibəsinin başa çatmasından sonra ilk dəfə baş verəcək.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir