Dünya

İranlı deputatdan sərt çıxış: “Ölkədə iqtisadiyyat rüşvət, korrupsiya və mafiya üzərində qurulub” – VİDEO

Sharing is caring!

İranda İslam Şurası Məclisinin üzvü Cəlil Rəhimi parlamentdə insanların acınacaqlı yaşayış vəziyyəti ilə bağlı kəskin çıxış edib:

“Xalqın artıq heç bir qiymət artımına dözümü qalmayıb”.

“Azad İran” “Telegram” kanalı məlumat verir ki, o, üzünü parlament rəhbərliyinə və millət vəkillərinə tutaraq soruşub:

“Millətdən nə qalıb? Xalqımız qonşu ölkələrin dolanışığının həsrətini çəkir”.

“İranın dini rəhbəri də ölkədə avtomobil istehsalının vəziyyətini və keyfiyyətini tənqid edib. Ölkədə avtomobil mafiyası hökm sürür, hansı ki, Çin istehsalı avtomobilləri qonşu ölkələrlə müqayisədə üç-dörd dəfə baha qiymətlə ölkəyə idxal edir”, – deyə Rəhimi fəryad edib.

Hökumətin iqtisadi siyasətini və səriştəsiz idarəçiliyini kəskin qınayan millət vəkili sual verib:

“Niyə biz burada özümüzü aldatmaqla məşğul oluruq və ölkənin üzləşdiyi əsas çətinlikləri unutmuşuq?!”

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir