Dünya

Serbiyada LGBT paradı ləğv edildi

Sharing is caring!

Serbiya hökuməti gələn ay Belqradda Ümumavropa LGBT yürüşünün

keçirilməsinə icazə verməyəcək.

Bu barədə şənbə günü prezident Aleksandr Vuçiç məlumat verib.

O, qərarı sağçı ekstremistlərin təhdidləri və toqquşma təhlükəsi ilə izah edib.

Vuçuç bəyan edib ki, bu, azlıqların hüquqlarının pozulması olsa da, hazırda Kosovo ilə gərginlik fonunda dövləti çoxsaylı problemlər sıxışdırır.

Yürüş təşkilatçıları Serbiya hakimiyyətini “xuliqanlara” qarşı təhlükəsizliyi təmin etməməkdə günahlandırıb və sentyabrın 12-18 arasında nəzərdə tutulan tədbirlərin istənilən halda keçiriləcəyini bildiriblər.

Mənbə: aussiedlerbote.de

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir