Dünya

“Beşiktaş” fanat qrupu liderinin öldürülməsi anının kamera görüntüləri ortaya çıxdı – VİDEO

Sharing is caring!

“Beşiktaş” futbol klubunun fanat qrupu liderlərindən olan Seyit Subaşı silahlı hücum nəticəsində öldürülüb. Qətl anı təhlükəsizlik kameralarına əks olunub. Qətlin kamera görüntüləri ortaya çıxıb.

Dostları ilə kafedə oturan Subaşı gözlənilmədən gülləyə tuş gəlib. 45 yaşlı Beşiktaş fanat qrupu  lideri xəstəxanada dünyasını dəyişib.

Görüntülər Bayrampaşa ticarət mərkəzindəki kafedə lentə alınıb.

Polis hücumu həyata keçirən şübhəlini hadisə yerindən 50 metr aralıda yaxalayıb.

Nəzarətə alınan şübhəli ilk ifadəsində “Beşiktaş” – “Karagümrük” oyununda Seyit Subaşı ilə tribunada mübahisə etdiklərini deyib. Hücumu da məhz bu səbəbdən etdiyini etiraf edib.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

Mənbə: CNNTürk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir