Dünya

Almaniya kansleri nərdivanla zenit qurğusuna qalxdı – FOTO

Sharing is caring!

Almaniya kansleri Olaf Şolts Şlezviq-Holşteyndə hərbi poliqonda təlim keçən Ukrayna əsgərləri ilə görüşüb. Əsgərlərin poliqonda “Gepard” özüyeriyən zenit qurğuları üzrə təlim keçdiyi bildirilir.  

Görüş zamanı Almaniya kansleri nərdivan vasitəsilə zenit qurğusuna qalxıb.

Şolts pilot kabinəsinin daxilinə baxış keçirib, sonra isə müşayiətçilərin yüngül dəstəyi ilə müstəqil şəkildə yerə enib.

Kansler hərbçilərlə görüşdə bildirib ki, Almaniya Ukrayna silahlı qüvvələrinə “dəstək” verməyə davam edəcək. Bunun üçün Almaniyanın təmin edə biləcəyi bütün maliyyə imkanları və silahlardan istifadə edəcək.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir