Dünya

“Barca”nın fransız müdafiəçisi İtaliya klubuna keçdi

Sharing is caring!

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Samuel Umtiti İtaliya klubuna keçib.

“Leççe” 28 yaşlı fransızı 2022/23 mövsümü üçün icarəyə götürüb.

Samuel axşam saatlarında İtaliyaya gedəcək və sabah tibbi müayinədən keçəcək.

Daha əvvəl “Barsa”nın Umtitiyə “Leççe”də icarə maaşı ödəyəcəyi, bundan başqa kataloniyalılar üçün bonusların nəzərdə tutulduğu bildirilirdi.

Ötən mövsüm Umtiti La Liqada cəmi bir oyun keçirib və bu mövsümdə oyunlarda iştirak etməyib.

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir