Dünya

İstanbulda daşqın görüntüləri: Yağış suları evlərə doldu – VİDEO

Sharing is caring!

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda güclü leysan nəticəsində daşqınlar baş verib. 

Şəhərin Avropa hissəsində səhər saat 9-da başlayan və ildırımla müşayiət olunan yağış Esenyurt, Beyoğlu, Fatih, Zeytinburnu, Bayrampaşa və Beşiktaş rayonlarında fəsadlar yaradıb.

Yağış səbəbindən Beşiktaş və Taksimdə nəqliyyatın hərəkəti dayanıb.

Evləri su altında qalan vətəndaşlar əllərindəki vedrələrlə suyu boşaltmağa çalışıblar.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir