Dünya

İtaliya şəhəri quraqlıq zamanı su tapmaq üçün ekstrasens tutub

Sharing is caring!

Bayardo kommunasında yazın sonundan bəri beş su mənbəyindən ikisi quruyub və bələdiyyə başçısı Remo Moraqlia yeni su mənbələri tapmaq üçün ekstrasens Renato Labolanini işə götürüb.

Mütəxəssis artıq bir neçə perspektivli yerləri göstərib.

“Aydındır ki, biz mühəndislərə müraciət etməli olacağıq, texniki-iqtisadi əsaslandırma tələb olunacaq. Amma hazırda əminəm ki, müəyyən nöqtələrdə biz sulu təbəqələrə çata biləcəyik”, – Moraqlia bildirib.

30 illik təcrübəyə malik olan ekstrasensin xidmətləri 300 avroya başa gəlir.

Qeyd edək ki, Labolani vaxtilə Silvio Berluskoniyə yardım edib və artıq Bayardoya bitişik kənddə su tapıb.

Mənbə: knife.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir