Dünya

Bayden Çin lideri Si Cinpinlə görüşə bilər

Sharing is caring!

Çin lideri Si Cinpin xaricə ilk səfərinə hazırlaşır. Bu, koronavirus pandemiyasının başlamasından bəri ilk səfərdir. Səfər zamanı onun ABŞ Prezidenti Co Baydenlə görüşü nəzərdə tutulur.

Bildirilir ki, Si Cinpin 2020-ci ilin əvvəlindən bəri ilk xarici səfərini Cənub-Şərqi Asiya ölkələrinə edəcək. Xüsusilə noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində şəxsən iştirak etməyi planlaşdırır.

Bundan sonra Si Cinpin Banqkoka gedəcək və burada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun iclasında iştirak edəcək. Məhz tədbir çərçivəsində ABŞ və Çin liderlərinin potensial görüşü hazırlanır.

Ağ Ev Co Bayden və Si Cinpin arasında görüşlə bağlı hazırlıqları təsdiqləyib. 

Bu barədə Ağ Evdəki mənbələr məlumat verib.

Hələlik görüşün dəqiq vaxtı və yeri açıqlanmayıb.

“Onlar razılaşdılar ki, komandalar detalları müzakirə edəcək. Biz hələ vaxtı və yeri açıqlaya bilmirik”, – eyə Ağ Evin yüksək rütbəli rəsmisi bildirib.

Mənbə: Lenta.ru, Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir