Dünya

Yaponiyadakı “Toyota” zavodunda koronavirusa görə istehsal dayandırıldı

Sharing is caring!

“Toyota” Yaponiyadakı zavodlarından birində istehsalı dayandırmalı olub.

Buna koronavirusun yayılması səbəb olub.

Belə ki, avqustun 8-dən 9-na və 9-dan 10-na keçən gecə Tsutsumi zavodunun istehsal xətlərindən biri boş qalıb. İstehsalat sahəsinin 16 işçisində koronavirusa yoluxma aşkar edilib.

Nəticədə zavodda planlaşdırılandan təxminən 660 ədəd daha az avtomobil istehsal edilib.

Mənbə: motor.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir