Dünya

“Qarabağ”ın sabiq futbolçusu qəflətən vəfat edib – FOTO

Sharing is caring!

Latviyalı sabiq futbolçu, Azərbaycanda Ağdamın “Qarabağ”, Bakının “İnter” (indiki “Şamaxı”) və Zaqatalanın “Simurq” klublarında çıxış etmiş Andrey Rubin vəfat edib.

Bu barədə Latviya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 

Yarımmüdafiə mövqeyində çıxış etmiş 43 yaşlı A.Rubinin qəflətən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Latviya millisində də oynamağa macal tapmış A.Rubin peşəkar karyerası ərzində İngiltərənin “Kristal Palas”, Rusiyanın “Spartak” (Moskva) kimi tanınmış klublarda top qovub.

Mənbə: Lff.lv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir