Dünya

Litva Patriarx Kirillin ölkəyə girişini qadağan etdi

Sharing is caring!

Litva Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kirillin ölkəyə girişini qadağan edib. Buna səbəb patriarxın Ukraynanın işğalı ilə bağlı Rusiyanı dəstəkləməsi olub.

Bu barədə məlumatı Litvanın Daxili İşlər Nazirliyi (DİN) verib.

Din xadimi iyunun 23-də arzuolunmaz şəxslər siyahısına əlavə edilib və bu günə qədər rəsmi şəkildə bu barədə ictimaiyyətə məlumat verilməyib.

Hazırkı qərar Xarici İşlər Nazirliyinin təklifi nəzərə alınaraq qəbul edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Patriarx Kirill Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qəsdən inkar etdiyi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Rusiyanın təcavüzkar hərəkətlərinə haqq qazandırdığı və dəstəklədiyi üçün siyahıya daxil edilib.

“Vladimir Putinin yaxın adamı olan Patriarx Kirill Ukraynaya qarşı müharibənin ən fəal tərəfdarlarından biridir və o, Rusiyanın davam edən təcavüzü barədə dəfələrlə açıq şəkildə müsbət fikirlər səsləndirir”, – deyə nazirliyin bəyanatında bildirilir.

Patriarx Kirill 2027-ci il iyunun 23-dək Litvaya səfər edə bilməyəcək.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir