Dünya

Kabili ölkənin şərqi ilə birləşdirən körpünü daşqınlar dağıtdı – FOTO/VİDEO

Sharing is caring!

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinə yağan aramsız yağışlar daşqınlara səbəb olub.

İlkin məlumata görə, daşqınlar nəticəsində ən azı beş nəfər ölüb, 10 nəfər yaralanıb.  

Daşqınlar paytaxt Kabili ölkənin şərq əyalətləri ilə birləşdirən mühüm körpülərdən birini tamamilə yararsız hala salıb.

Təbii fəlakət 320 evi yararsız hala salıb, yüzlərlə hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.

Mənbə: “Sputnik” Əfqanıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir