Dünya

Malinin paytaxtındakı hərbi bazada atışma olub

Sharing is caring!

Malinin paytaxtı Bamako yaxınlığındakı hərbi bazada güclü atışma səsləri eşidilib.

Hadisə şahidlərinin sözlərinə görə, bazada atışma yerli vaxtla təxminən səhər saat 5-də başlayıb və təxminən bir saat davam edib, bundan sonra səngiyib. Sonra helikopterlər Katidə yerləşən baza üzərində dövrə vurub. Katidəki baza Malidəki ən böyük bazadır, onun ərazisində elit bölmələr, eləcə də Müdafiə Nazirliyinin strukturları yerləşdirilib. Bazada dəqiq nə baş verdiyi və atışmanın niyə açıldığı barədə hələlik mətbuatda məlumat yoxdur.

Mali Respublikası 2020-ci ilin avqustundan bu yana iki dəfə hərbi çevrilişlə üzləşib. 2020-ci il avqustun 18-də baş tutan birinci çevriliş zamanı Prezident İbrahim Bubakar Keyta hakimiyyətdən uzaqlaşdırılıb. Polkovnik Assimi Qoytanın rəhbərlik etdiyi hərbi qrup Ba Ndaonu Malinin müvəqqəti prezidenti təyin edib. Bununla belə, 26 may 2021-ci ildə o, eyni hərbi qrup tərəfindən devrilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir