Dünya

Moskvada şahmat robotu 7 yaşlı oğlanın barmağını sındırdı – VİDEO

Sharing is caring!

Moskvada xüsusi olaraq şahmat oynamaq üçün yaradılan “Chessrobot” ilə azyaşlı şahmatçılar arasında turnir keçirilib.

İdman tədbiri zamanı xoşagəlməz hadisə yaşanıb. Belə ki, robot yeddi yaşlı Kristoferin şəhadət barmağını sındırıb. Buna uşağın tələskənliyi səbəb olub.

Robotun yaradıcıların sözlərinə görə, o, süni intellektlə təchiz edilib və eyni anda üç oyunçu ilə oynaya bilir.

Qeyd edək ki, turnir iyulun 19-da keçirilsə də, görüntülər yalnız indi sosial şəbəkələrdə yayılıb.

Mənbə: Baza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir