Dünya

Rusiyada evin damı Ukrayna bayrağı rənglərində olduğu üçün söküldü

Sharing is caring!

Rusiya Daxili İşlər Nazirliyi fərdi yaşayış evinin dam örtüyünün Ukrayna bayrağı rənglərində olduğu üçün sökülməsinə qərar verib.

Qərar ətrafdakı sakinlərin şikayəti əsasında qəbul edilib.

Söküntü prosesi zamanı məlum olub ki, ev çoxdan təqaüdə çıxan Balaşixanın keçmiş polis sahə müvəkkilinə məxsusdur. O, evin hələ 10 il bundan öncə tikildiyini və dam örtüyünün rənglərində heç bir gizli məna olmadığını bildirib.

Buna baxmayaraq, son nəticədə damın sökülməsi qərara alınıb.

Mənbə: Baza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir