Dünya

“Qazprom” Avropa ölkələrindən birinə qaz tədarükü ilə bağlı fors-major elan edib

Sharing is caring!

“Qazprom” “əsas istehlakçılardan birinə” qaz tədarükü ilə bağlı fors-major vəziyyət elan edib. Bu barədə “Reuters” qaz şirkətinin məktubuna istinadən xəbər verib.

Agentliyin məlumatına görə, məktubda söhbət Almaniyadan gedir – fors-major “Şimal axını” qaz kəməri ilə mavi yanacağın tədarükünə aiddir.

Məktubda bildirilir ki, iyulun 14-dən etibarən “Qazprom” şirkətin nəzarətində olmayan “fövqəladə” hallar səbəbindən tədarük öhdəliklərini yerinə yetirə bilməyəcək.

“Şimal axını” iyulun 11-də təmir üçün bağlanmışdı.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir