Dünya

Antalyada ölü köpəkbalığı adamları qorxutdu – VİDEO

Sharing is caring!

Antalyanın Kəmər rayonunda dənizlərin sanitarı kimi tanınan və nəsli kəsilməkdə olan boz köpəkbalığının leşi insanları qorxudub. 

Səhər saatlarında Kəmər rayonunda kanoe ilə dənizə çıxan vətəndaşlar suyun üzərində 1,5 metr uzunluğunda köpək balığının leşini görüblər. Əvvəlcə bundan narahat olan insanlar daha sonra ölmüş köpəkbalığını kəndirə bağlayaraq quruya çıxarıblar.

Antalya Universitetinin Balıqçılıq fakültəsinin müəllimi, prof. dr. Mehmet Gökoğlu tapılan köpəkbalığının təhlükəli növ olmadığını qeyd edib.

“Bu balıq dənizlərin sanitarıdır. Heç bir zərəri yoxdur. Dərində yaşayır. Gecə su üzünə qalxır. Böyük və ağırdır. Adətən, sahilə yaxınlaşmır. Hazırda ovu qadağandır”, – deyə məlumat verib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir