Dünya

İsrail və Yunanıstan hava qüvvələri birgə təlimlər keçirdilər

Sharing is caring!

İsrail və Yunanıstan hər iki ölkənin Hərbi Hava Qüvvələri bölmələrinin iştirakı ilə birgə təlimlər keçiriblər.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail hava məkanında keçirilən təlim çərçivəsində iki ölkənin Hərbi Hava Qüvvələri havada bir sıra ssenariləri, o cümlədən qabaqcıl hava döyüşünü və təyyarələrə havada yanacaq doldurulmasını simulyasiya edib.

Ordunun mətbuat xidmətindən də qeyd edildiyi kimi, bu təlimlər İsrail və Yunanıstan Hərbi Hava Qüvvələri arasında “birgə təlim və əlaqələrin möhkəmləndirilməsi üçün platforma” rolunu oynayır, həmçinin “İsrail və Yunanıstan dövlətləri arasında strateji və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələni simvollaşdırır”.

“Bu təlimlər həm də hərbçilərin müxtəlif döyüş bacarıqlarının təkmilləşdirilməsinə və döyüşdə onların əməliyyat standartlarının artırılmasına töhfə verir ki, bu da öz növbəsində ekipajların və texniki komandaların bacarıqlarını artırır”, – deyə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir