Dünya

Ərdoğan Zelenski ilə danışdı

Sharing is caring!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Söhbət zamanı Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.

Ən böyük arzusunun Ukraynada sülhü təmin etmək olduğunu vurğulayan prezident Ərdoğan Ukraynanın taxıl məhsullarının dünya bazarına çıxarılması üçün Birləşmiş Millətlər Təşkilatının hazırladığı plan üzərində işləri davam etdirdiklərini bildirib.

Ukrayna ilə Rusiya arasında istənilən halda həllin diplomatiya yolu ilə olacağını, danışıqlar masasının açıq saxlanılması lazım olduğunu bildirən Türkiyə lideri, İstanbul prosesi çərçivəsində vasitəçilik də daxil olmaqla, hər cür dəstəyi göstərməyə hazır olduqlarını dilə gətirib.

Ərdoğan Qurban bayramı münasibətilə yayımladığı videomüraciətdə türkcə etdiyi bayram təbrikinə görə Zelenskiyə təşəkkür edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir