Dünya

Meksikada silahlı hücumda 7 nəfər ölüb

Sharing is caring!

Meksikanın Quanaxuato ştatında ev qonaqlığında baş verən silahlı hücumda 7 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Ştatın Leon şəhərində baş verən olayda həlak olanlar arasında 17 yaşlı yeniyetmə də var.

Eyni zamanda 14 yaşlı uşağa 5 güllənin tuş gəlməsinə baxmayaraq, o sağ qala bilib və xəstəxanaya qaldırılıb.

Bildirilib ki, insidenti hadisə yerinə motosikletlə gələn cinayət qrupunun törətdiyi ehtimal edilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir