Dünya

ABŞ-dakı paradda altı nəfəri güllələyən gənc oğlan qadın geyimində olub

Sharing is caring!

ABŞ-ın İllinoys ştatındakı Haylend Park şəhərində Müstəqillik Günü paradında baş verən atışmada şübhəli bilinən Robert Krimo bir neçə həftə öncədən hücuma hazırlaşıb.

Bu barədə çərşənbə axşamı yerli polisin nümayəndəsi Kristofer Kovelli Amerika televiziya kanalları tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

O, qeyd edib ki, hazırda həbsdə olan gəncin 21 yaşı var.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəli şəxs diqqəti cəlb etməmək üçün qadın paltarı geyinib. Krimo yanğın pilləkəni ilə binalardan birinin damına çıxıb və oradan parad iştirakçılarına atəş açıb.

Gənc oğlan ümumilikdə 70-dən çox atəş açıb, sonra isə silahını yerə atıb.

O, aşağı endikdən sonra camaata qarışaraq gizlənmək üçün anasından aldığı maşınla onun evinə gedib.

Həbs zamanı avtomobildən daha bir silah aşkar edilib, hər iki silah qanuni əsaslarla onun tərəfindən alınıb.

Polis hələ də hücumun motivlərini müəyyən edə bilməyib.

Mediada yayılan məlumatlara görə, Krimo əvvəllər musiqi ifaçısı olub. O,sosial şəbəkələrdə səs yazıları və musiqi videoları dərc edib.

Qeyd edək ki, son məlumatlara görə, paraddakı insident zamanı ölənlərin sayı artıq 7 nəfərə çatıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir