Dünya

Qazaxıstan neft məhsullarının avtomobil nəqliyyatı ilə ixracına QADAĞA QOYDU

Sharing is caring!

Qazaxıstan altı ay müddətinə neft məhsullarının avtomobil nəqliyyatı ilə ixracına qadağa qoyub.

Bununla bağlı ölkənin Energetika Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi və Milli Təhlükəsizlik Komitəsi birgə əmr imzalayıblar.

Sərəncam iyulun 12-dən qüvvəyə minir.

2021-ci ilin noyabrında Qazaxıstan altı ay müddətində qüvvədə olan oxşar qadağa tətbiq etmişdi. Bundan əvvəl Qazaxıstan Energetika Nazirliyi izah etmişdi ki, ölkədə benzin və dizel yanacağının pərakəndə satış qiymətləri Rusiya, Özbəkistan və Qırğızıstanla müqayisədə aşağıdır, bu da sərhədyanı rayonlarda tranzit nəqliyyatda yanacaq-sürtkü materiallarının yüksək istehlakına səbəb olur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir