Dünya

ÜST: “Meymunçiçəyinə yoluxanların sayı üç dəfə artıb”

Sharing is caring!

Ümumdünya Səhiyyə Təşkilatı son vaxtlar meymunçiçəyinə yoluxma hallarının artdığını açıqlayıb. Təşkilatın Avropa bölməsinin direktoru Hans Kluge yoluxma hallarının son iki həftə ərzində üç dəfə çoxaldığını bildirib.

ÜST-ün məlumatına görə, epidemiyanın episentri Avropadır. Qitədə 4500-dən çox yoluxma halı var.

Bildirilib ki, xəstələrin əksəriyyəti 21-40 yaş arasındadır. Onların 99 faiz kişilərdir.

Qeyd olunub ki, xəstəliklərin sayı sürətlə artsa da, hələ də Avropada meymunçiçəyi virusundan ölən olmayıb.

Hazırda hər 10 xəstədən biri xəstəxanada müalicə olunur. Yalnız 1 nəfər reanimasiyaya aparılıb.

Mənbə: Haber Globa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir