Dünya

Conson Odessanın fəxri vətəndaşı oldu

Sharing is caring!

Böyük Britaniyanın Baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı adını alıb.

Bu barədə Odessa meri Gennadi Truxanov BBC-yə müsahibəsində bildirib.

“Ölkənizin, Baş nazirinizin köməyini çox yüksək qiymətləndiririk. Ona görə də Boris Consonun I, II, III dərəcəli Qriqori Marazli adına fəxri nişanlarla təltif edilməsi haqqında sərəncam imzaladım”, – deyə mer qeyd edib.

Beləliklə, Conson avtomatik olaraq Odessanın fəxri vətəndaşı adını alıb.

Truxanovun sözlərinə görə, bütün dünya birliyi Britaniya xalqı kimi eyni mövqedən çıxış etsəydi, ukraynalılar işğalçıları çoxdan məğlub etmişdilər.

Mənbə: Ukrainskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir