Dünya

Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsinə başladı – VİDEO

Sharing is caring!

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunan Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsində meşə yanğınlarının söndürülməsi əməliyyatlarına başlayır.

Qeyd edək ki, Türkiyənin Muğla bölgəsində davam edən meşə yanğınları üç min hektardan çox ərazini əhatə edib.

Son məlumatlara görə, yanğınla mübarizəyə iki mindən çox yanğınsöndürən, təyyarə və helikopterlər də daxil olmaqla 41 aviasiya vasitəsi cəlb edilib.

Bu gün səhər saatlarından etibarən isə yanğınla mübarizə üçün qardaş Türkiyə göndərilən “BE-200ÇS” amfibiya tipli təyyarə də alovla mübarizəyə cəlb edilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir