Dünya

“Vogue” jurnalının keçmiş baş redaktorunu kuryer velosipedlə vurub

Sharing is caring!

“Vogue” and “Interview” jurnallarının keçmiş baş redaktoru Alyona Doletskayanı Moskvanın mərkəzində kuryer elektrik velosipedi ilə vurulub. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“İyunun 6-da tibb müəssisəsindən polisə zəng daxil olub ki, onlara bədən xəsarətləri ilə qadın daxil olub. Zərərçəkənin dediyinə görə, Kropotkinski zolağında naməlum şəxs onu elektrikli velosipedlə vurub. Polis əməkdaşları hadisənin təfərrüatını araşdırır”, – deyə idarədən bildirilib.

“Baza” “Telegram” kanalının məlumatına görə, jurnalist klinikaya yerləşdirilib və bədənində qançırlar, əlində sınıq olduğu diaqnozu qoyulub.

Mənbə: Moslenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir