Dünya

Türkiyədə qadın futbol klubunda kişilər oynayırlar – İDDİA

Sharing is caring!

Türkiyə Futbol Federasiyasının (TFF) 3-cü liqa qadın komandasında kişi oyunçuların olduğu iddia edilib.

Ordunun “Rüsumat-4 Gənclər” komandası və “ Adana 01” komandaları üz-üzə gəliblər.

Qarşılaşmada meydana çıxan iki futbolçunun daha əvvəl kişi şəxsiyyət vəsiqəsi üçün müraciət etdiyi və nəticəni gözlədiyi iddia edilib.

Ordu təmsilçisinin 2-0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Adananın futbol klubu rəqibinin iki kişi oyunçu ilə oynadığını əsas gətirərək Futbol İntizam Şurasına müraciət edib.

Hələ də çəhrayı kimliklərlə yaşayan hər iki futbolçunun kişi hormonlarının, hətta saqqallarının olduğu iddia edilib.

Həvəskar Futbol İntizam Şurasının haqlı hesab etdiyi etiraz TFF rəhbərliyi tərəfindən müzakirə edilərək qərar veriləcək.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir