Dünya

Pekinin əksər hissəsində “Omikron”a görə qoyulan məhdudiyyətlər qaldırıldı

Sharing is caring!

Çinin paytaxtı Pekində koronavirusun “Omikron” variantına görə qoyulan məhdudiyyətlər şəhərin əksər hissəsində qaldırılıb.

Yerli hökumətin verdiyi açıqlamada bildirilir ki, mayın 1-dən etibarən yalnız yeməklərin satışına icazə verilən restoranlar yenidən açılacaq, evdən işləyənlər ofislərinə qayıda biləcəklər.

Qeyd edilir ki, ibtidai və orta məktəblər mərhələli şəkildə əyani təhsilə qayıdacaq, universitet tələbələrinin giriş-çıxışı nəzarət edilməklə fəaliyətlərinə davam etmələrinə və evlərinə qayıtmalarına icazə veriləcək.

Yeni tənzimləmədə vətəndaşlar ictimai nəqliyyat vasitələrinə və ictimai yerlərə daxil olmaq üçün son 48 saat əvəzinə, son 72 saatda verdikləri mənfi nəticəli koronavirus testini təqdim etməlidirlər.

Kitabxanalar, muzeylər, kinoteatrlar və idman mərkəzləri 75 faiz tutumla xidmət göstərəcək, şəhər turlarında iştirak etmək üçün peyvənd tələb olunacaq.

Məhdudiyyətlərin şəhərin hələ də yoluxma hallarının müşahidə olunduğu cənub-qərbindəki Finqtay rayonunun və şəhərin şimal-qərbindəki Çanqpin bölgəsinin bəzi hissələrində tətbiq olunmağa davam ediləcəyi bildirilib.

Mənbə: Star

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir