Dünya

İŞİD-in sözçüsü və maliyyə əməliyyatlarının kuratoru öldürülüb – FOTO

Sharing is caring!

İŞİD-in Şərqi Asiya hücrəsinin sözçüsü Əbdülfəttah Ömər Alimuden Filippinin Maquindanao bölgəsində keçirilən əməliyyat zamanı məhv edilib.

Bu barədə Qərbi Mindanao Mərkəzi Komandanlığından bildirilib.

Məlumata görə, Əbu Huzeyfə kimi tanınan terrorçunun məhv edilməsində 60-cı piyada briqadası, 40-cı piyada batalyonunun bölmələri və kəşfiyyat bölmələri iştirak edib.

Məhv edilmiş Huzeyfa təkcə terror təşkilatının sözçüsü deyil, həm də onun maliyyə əməliyyatlarının kuratoru olub. O, “Daula İslamia-Filippin”in terrorçuları ilə İŞİD arasında əlaqələndirici idi.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir