Dünya

Aİ-nin İranla nüvə sazişi üzrə koordinatorunu polis sərbəst buraxdı – YENİLƏNİB

Sharing is caring!

İranın nüvə sazişi üzrə Vyana danışıqlarının koordinatoru olan Avropa İttifaqının Xarici Siyasət Xidməti rəhbərinin müavini Enrike Moranı Frankfurt polisi sərbəst buraxıb.

Bu barədə Mora özünün “Twitter” səhifəsində bildirib.

“Məni və iki həmkarımı – Aİ-nin Vyanadakı BMT ofisindəki səfirini və  İran üzrə EEAS qrupunun rəhbərini – sərbəst buraxdılar. Bizi ayrılıqda saxlayırdılar. Başımıza gələnlərlə bağlı hər-hansı izahatın verilməməsi Vyana Konvensiyasının pozulmasıdır”, – diplomat qeyd edib.

14:24

İranın nüvə sazişi üzrə Vyana danışıqlarının koordinatoru olan Avropa İttifaqının Xarici Siyasət Xidməti rəhbərinin müavini Enrike Mora Frankfurt hava limanında saxlanılıb.

“Mən Tehrandan Brüsselə gedərkən Frankfurt hava limanında alman polisi tərəfindən saxlanıldım. Bununla bağlı heç bir izahat verilmir”, – deyə o, “Twitter”də yazıb.

Mora əlavə edib ki, pasportu və telefonları ondan alınıb.

Diplomatın hazırkı yeri ilə bağlı isə heç bir məlumat yoxdur.

Mora mayın 10-da Tehrana gəlib və orada İran nümayəndə heyətinin rəhbəri Əli Baqeri Kani ilə görüşüb. İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə avropalı emissarın səfərini “düzgün istiqamətdə atılan addım” kimi qiymətləndirərək bildirib ki, İran və ABŞ-ın Aİ vasitəsilə xəbər mübadiləsi apardıqlarını nəzərə alsaq, ispan diplomat ilə əlaqələr bu məsələdə “lazımi nüansları əlavə edəcək”.

Nüvə sazişi İranın neft və qaz tədarükünə icazə də daxil olmaqla, Qərbin ölkəyə qarşı sanksiyalarının ləğvi müqabilində nüvə proqramını davam etdirməkdən imtinanı nəzərdə tutur.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir