Dünya

Türkiyədə ticarət mərkəzində tavan çökdü: Dağıntılar altında qalanlar axtarılır – VİDEO

Sharing is caring!

Türkiyənin Bursa şəhərindəki ticarət mərkəzində yerləşən mağazanın asma tavanı çöküb.

Hadisə ticarət mərkəzinin ikinci mərtəbəsində baş verib.

“Zafer Plaza”nın cənub hissəsində yerləşən məşhur geyim mağazasının tavanının uçması nəticəsində qəfildən ticarət mərkəzi toza qərq olub. Bu zaman mağazada və ticarət mərkəzində olan vətəndaşlar təşviş içində bayıra axışıblar.

Əraziyə çox sayda polis və xilasedicilər cəlb olunublar.

Dağıntılar altında qalanların olub-olmaması müəyyənləşdirilir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir