Çenduda (Çin) 2022-ci il iyunun 26-dan iyulun 7-dək keçirilməsi nəzərdə tutulan Ümumdünya Yay Universiadası bir il müddətinə təxirə salınıb.
Yarış təşkilatçılarının bu qərarına səbəb son aylarda Çində ortaya çıxan yeni növ koronavirusdur.
“Çenduda 2021-ci il Universiadasının təxirə salınması qərarı asan deyildi, lakin bu, idmançılar üçün ən düzgün qərardır. Onların rifahı həmişə bizim bir nömrəli prioritetimizdir. Mövcud şərtlərlə bağlı davam edən qeyri-müəyyənlik yarışın təxirə salınmasını məqbul edib – bir sıra universitetlərin milli idman federasiyaları artıq planlarını dəyişiblər” – deyə təşkilatın saytı Milli Universitet İdman Federasiyası prezidenti səlahiyyətlərini icra edən Leonz Ederin sözlərini sitat gətirib.
Çenduda Universiadanın 2021-ci ilin yayında başlaması nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən 2022-ci ilə təxirə salınmışdı.
Mənbə: Çempionat
Xeberal.az