Dünya

“Shell” Rusiyadakı yanacaqdoldurma biznesini satır

Sharing is caring!

Britaniya-Niderland neft-qaz şirkəti “Shell” Rusiyadakı yanacaqdoldurma biznesini satmaq qərarına gəlib. Alıcının adı “Shell” işçilərinə deyilməyib, ancaq o məlumdur ki, “Lukoil” şirkətin yanacaqdoldurma məntəqələrini almaqda maraqlıdır.

Bu barədə “Forbes” mənbələrə istinadən yazır.

“Shell”in sözçüsü “Forbes”a şirkətin “müstəqil maraqlı tərəflərlə” danışıqlar apardığını təsdiqləyib. Prosesin “Shell”in fəaliyyət göstərdiyi ölkələrin sanksiyalarına, qanun və qaydalarına tam uyğun olduğu qeyd edilərək, işçilərin təhlükəsizliyinin və rifahının şirkət üçün prioritet olduğu vurğulanıb.

Eyni zamanda, bildirilib ki, Rusiya ofisinin əməkdaşlarına alıcının artıq tapıldığını, lakin müqavilənin hələ imzalanma mərhələsindən keçmədiyini deyiblər. Üstəlik şirkət bütün yanacaqdoldurma məntəqələrini işçi heyəti ilə birlikdə, işçilərin cari maaşlarını ilin sonuna qədər ödəmək şərti ilə satır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir