Dünya

Sergey Şoyqu: “Ukraynaya silah daşıyan NATO nəqliyyat vasitələri məhv ediləcək”

Sharing is caring!

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələrinin məhv ediləcəyini bəyan edib.

Rusiyanın müdafiə naziri söyləyib ki, ABŞ və onun NATO-dakı müttəfiqləri Ukraynanı silahlandırmaqda davam edir.

“Qeyd edirəm ki, Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materialla gələn istənilən nəqliyyat vasitəsi bizim tərəfimizdən məhv etmək üçün qanuni hədəf hesab olunur”, – S.Şoyqu vurğulayıb.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir