Dünya

ABŞ Rusiyadan mütəxəssislər cəlb etmək istəyir

Sharing is caring!

ABŞ Prezidenti Co Bayden administrasiyası ixtisaslı rusiyalı mütəxəssislərin ölkəyə köçməsini asanlaşdırmaq və bununla da Rusiyanın yüksək texnoloji potensialını zəiflətmək üçün onlara qarşı bir sıra viza tələblərinin aradan qaldırılması imkanlarını araşdırır.

Məlumatlara görə, Bayden administrasiyası Konqresdən ABŞ-a iş vizası istəyən yüksək təhsilli rusiyalılar üçün məşğulluğun təsdiqini tələb edən şərtlərin ləğvi ilə bağlı imkanların araşdırılmasını istəyib.

Mənbələrin bildirdiyinə görə, Ağ Ev bu yolla Rusiya rəhbərliyini elm, mühəndislik və riyaziyyat sahəsində mütəxəssislərdən məhrum etməyi nəzərdə tutur. Viza sadələşdirmələrinin yarımkeçiricilər, kosmik texnologiya, kibertəhlükəsizlik, qabaqcıl istehsalat, nüvə texnologiyası, süni intellektin inkişafı, raket texnologiyası və bir sıra digər sahələrdə təcrübəsi olan magistr və doktorantura dərəcələri sahiblərinə tətbiqi planlaşdırılır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının adının çəkilməsini istəməyən nümayəndəsi təsdiqləyib ki, bu tədbirlər qısa müddətdə Rusiyanın yüksək texnoloji resurslarını zəiflətmək və uzunmüddətli perspektivdə onun investisiya bazasını sarsıtmaq, həmçinin iqtisadiyyata fayda vermək və ABŞ-ın milli təhlükəsizliyini gücləndirmək üçün nəzərdə tutulub.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir