Dünya

Pakistan hərbi bazalarını ABŞ-a təhvil verməkdən imtina etdi

Pakistan xarici işlər naziri Şah Mehmud Qureyşi qoşunlarını Əfqanıstandan çıxaran ABŞ-ı hərbi bazalarla təmin etməkdən imtina etdiyini açıqlayıb.

“XəbərAl.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.

“Baza axtarmaq onların istəyi ola bilər. Bazalarımızın verilməsindən söhbət gedə bilməz, maraqlarımızı görməliyik”, – deyə Mahmud Qureyşi qeyd edib.

Bundan əvvəl “The New York Times” mənbələrinə istinad edərək, ABŞ rəhbərliyinin hərbi bazanın köçürülməsi ilə bağlı Pakistan hökuməti ilə danışıqlar apardığını yazmışdı. Məqalədə Vaşinqtonun Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə kəşfiyyat məlumatları toplamaq və terrorizmə qarşı mübarizə aparmaq üçün bazaya ehtiyacı olduğu qeyd olunmuşdu.

Qeyd edək ki, mayın 1-də ABŞ və NATO qoşunları Əfqanıstandan çıxarmağa başlayıb. Qoşunların tam çıxarılması sentyabrın 11-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir