Dünya

Çində dünyanın ilk sürətli asma dəmir yolu körpüsü açılır

Sharing is caring!

Çinin ilk asma dəmir yolu körpüsü ölkənin şərqində Tszansu əyalətində istifadəyə verilib.

“Sinhua” xəbər agentliyinin verdiyi məlumata görə, körpü həm də icazə verilən maksimum qatar sürətinə görə dünya rekordunu qırıb.

“Ufenşan” adlanan körpünün ümumi uzunluğu 6,4 km, Yantsızı çayı üzərindəki əsas yolun uzunluğu 1,92 kilometrdir. Körpü Yançjou və Çjensızyan şəhərlərini birləşdirir. Körpünün tikintisi beş il çəkib.

Körpünün yuxarısı sürəti hər istiqamətdə 100 km/saat olacaq dörd zolaqlı nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub. Aşağı hissəsində isə sürətli qatarlar hərəkət edir. Körpünün dizaynı qatarların 250 km/saata qədər sürətlə hərəkət etməsinə imkan verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.